Oct 13, 2019 20:35 Asia/Baku
  • İnqilab Rəhbəri: Yəmən müharibəsinin düzgün başa çatması regionda müsbət təsirlərə malik olacaqdır
    İnqilab Rəhbəri: Yəmən müharibəsinin düzgün başa çatması regionda müsbət təsirlərə malik olacaqdır

İran İslam İnqilabının Böyük Rəhbəri rəsmi Tehranın Yəməndə müharibənin dayandırılması üçün çoxdandır dörd maddəlik plan hazırladığına toxunaraq bildiriblər ki, bu müharibə düzgün şəkildə başa çatarsa, regionda müsbət təsirlər meydana çıxaracaqdır.

Aliməqamlı Rəhbərin Ofisinin İnformasiya Blokunun verdiyi məlumata əsasən, Həzrət Ayətullahü-üzma Xamenei bazar günü oktyabrın 13-də Pakistan baş naziri və onu müşayiət edən heyəti qəbulu zamanı iki ölkə əlaqələrinin dərin köklərə və xalqlararsı münasibətlərə söykəndini vurğulayaraq bundan əməkdaşlıqların inkişafında faydalanmağı tövsiyə ediblər.

İslam İnqilabının Rəhbəri İran və Pakistan xalqları arasındakı çox dərin bağlılıqlardan söz açaraq qeyd ediblər ki, İran İslam Respublikasının Pakistana baxışı qonşuluqda olan bir qardaşa olan baxış kimidir.

Həzrət Ayətullahü-üzma Xamenei sonra deyiblər: Bu misilsiz fürsətlərin olduğu üçün iki ölkə əlaqələri daha isti və indikindən yaxşı olmalı, sərhədlərin təhlükəsizliyi gücləndirilməli və qaz boru kəməri layihəsi kimi yarımçıq qalmış işlər təkmilləşməlidir. 

 

Teqlər

Şərhlər