Oct 15, 2019 08:38 Asia/Baku
  • Laricani İran və Pakistanın regional imkanlardan istifadələrini vurğulayıb

İran İslam Şurası Məclisinin sədri və Pakistan parlamentinin sədri Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Dünya Parlamentlərarası Birliyinin 141-ci iclası çərçivəsində xüsusən iqtisadi sahələrdə iki ölkə münasibətlərinin dərinləşdirilməsinə təkid ediblər.

Əli Laricani dünən axşam Belqradda keçirilən Dünya Parlamentlərarası Birliyinin 141-ci iclası çərçivəsində Əsəd Qeysər ilə görüşdə Kəşmir bölgəsi ilə bağlı problemlərin həllinə ümid etdiyini bildirib. O, əlavə edib: İqtisadi məsələlər sahəsində İran ilə Pakistan arasında çox az fəaliyyət görünür. Bu səbəbdən, bölgənin iki mühüm ölkəsinin imkanlardan daha artıq istifadə etməsi üçün kömək etmək lazımdır.

Pakistan parlamentinin sədri də Kəşmir məsələsinə dəstək verməsinə və son Tehran səfərində Pakistanın baş nazirini yaxşı qarşılamasına görə İrana təşəkkür edib. O, iki ölkənin iqtisadi həmkarlıqların İran və Pakistanın inkişafı və tərəqqisinin xeyrinə adlandırıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Dünya Parlamentlərarası Birliyinin 141-ci iclasında iştirak etmək üçün bazar günü Serbiyanın paytaxtı Belqrada daxil olub.

Dünya Parlamentlərarası Birliyi 1889-cu ildə təsis olunub. 178 ölkənin milli parlamenti bu birliyə üzvdür və 12 regional parlament assambleyası bu orqanın tabeliyində olan üzvlərdən sayılır.

Dünya Parlamentlərarası Birliyi BMT Baş Assambleyasında sabit nəzarətçi üzvə malikdir.

 

 

Teqlər

Şərhlər