Oct 20, 2019 13:20 Asia/Baku
  • Ruhani İraqın din alimləri, məsul şəxsləri və xalqının Ərbəin mərasiminin keçirilməsi sahəsindəki səylərini yüksək dəyərləndirib
    Ruhani İraqın din alimləri, məsul şəxsləri və xalqının Ərbəin mərasiminin keçirilməsi sahəsindəki səylərini yüksək dəyərləndirib

İran İslam Respublikasının prezidenti İraqın prezidenti və baş nazirinə müraciətdə təqlid mərcəyi xüsusiyyət təşkil etməklə İraqın din alimləri, məsul şəxsləri və xalqının Ərbəin zəvvarlarına qonaqpərvərliyini, həmçininin tam təhlükəsizliyin təmini üzrə səylərini yüksək dəyərləndirib.

Həsən Ruhaninin bu gün İraqın prezidenti Bərhəm Salihə və baş naziri Adil Əbdulməhdiyə ünvanladığı müraciətində deyilir: Azadlıq və azadəlik sevənlərin və vilayət aşiqlərinin milyonluq və misilsiz iştirakı ilə keçirilən böyük və möhtəşəm Hüseyn(ə) Ərbəini yürüşündə bir daha ölməz və yaddaqalan qəhrəmanlıq göstərildi və Aşuranın comərdlik və azadəlik müraciəti bütün dünya xalqlarına çatdırıldı.

Ruhani əlavə edib: Hüseyn(ə) Ərbəini toplantısı daha qabarıq şəkildə göstərdi ki, Ərbəin təkcə bir təqvim münasibəti deyil, həm də ölməz tarixi bir möcüzə, Aşura Qiyamı və Hüseyn Mədəniyyətinin təqdim olunması üçün ən güclü mediadır.

İran İslam Respublikasının prezidenti bildirib ki, bərəkətlərlə dolu olan bu beynəlxalq toplantının hər il daha geniş cəhətləri üzə çıxır. O, deyib: Hüseyn(ə) Ərbəini toplantısı zorakılıq, ayrı-seçkilik və zülmə qarşı vahid bir cəbhənin təşkili, həmçinin İraq və İran xalqları arasında risalət və vilayət tərəfdarlarının səmimi yaxınlığı, birliyi və həmrəyliyinin təzahürüdür.

Bu il Hüseyn(ə) Ərbəini yürüşündə iştirak etmək üçün İrandan üç milyondan çox zəvvar İslam müqəddəslərinin ziyarətinə getdi.

Müqəddəs Həzrət Əbbas(ə) Mərkəzinin bildirdiyinə görə, Ərbəin zəvvarlarının sayı bu il 15 milyon nəfərdən çox olubdur.

 

 

 

Teqlər

Şərhlər