Nov 03, 2019 12:53 Asia/Baku
  • Amerika ağılsızlıqla regionu qarışdırmaq istəyir
    Amerika ağılsızlıqla regionu qarışdırmaq istəyir

İran İslam Şurası Məclisinin sədri deyib ki, Amerika ağılsızlıqla və öz nəhs məqsədlərinə çatmaq üçün regionu qarışdırmaq istəyir.

Əli Laricani ABŞ prezidenti Donald Trampın Suriya nefti barədəki sözlərinə işarə edərək, əlavə edib: Tramp Suriyanın torpağı və neftinin bu ölkənin hökuməti və xalqına aid olduğunu və ABŞ-ın Suriyanı işğal edib, neft yataqlarını ələ keçirməklə bu ölkəni talan etmək hüququnun olmadığını başa düşmür.

Laricani söyləyib: Amerika prezidentinin sözləri bu rejimin əsl və qeyri-insani simasını üzə çıxarır və onların bəşəriyyətə zidd və istismarçı mahiyyətini dünya xalqlarına açıb göstərir.

İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Bölgənin oyaq xalqları Amerikanın oyuncağı olan İŞİD-i məhv edən kimi, Birləşmiş Ştatların bu fitnəsinə də güclü cavab verəcəklər.

Teqlər

Şərhlər