Nov 03, 2019 19:21 Asia/Baku
  • Amerika İŞİD-in təsisçisi kimi mühakimə olunmalıdır
    Amerika İŞİD-in təsisçisi kimi mühakimə olunmalıdır

İranın məhkəmə hakimiyyətinin sədri deyib: Amerikalılar rəsmi şəkildə etiraf ediblər ki, İŞİD terror qrupunu yaradıblar, bu üzdən, bu qrupun cinayətlərinə görə, mühakimə edilməlidirlər.

Seyyed Ebrahim Rəisi bu gün bildirib ki, Amerika dünyada terrorizmin yaradıcısı və əsas himayədarıdır. O, əlavə edib: Dünya hüquqşünasları və dünyadakı müstəqil insan haqları cərəyanları insan haqları pozucularının mühakimə edilmələrini istəməlidirlər.

Rəisi söyləyib: Amerikanın insan haqlarına zidd rəftarları, o cümlədən geniş rasizmi, İranın sərnişin təyyarəsini vurması, Fələstin və Yəməndə günahsız insanların qırğın edilmələri, beynəlxalq bir məhkəmədə baxılası bir iddianamədir.

İranın məhkəmə hakimiyyətinin sədri deyib: İnsan haqları bir fürsətdir ki, onun vasitəsilə İran İslam Respublikasının insanların hüquqlarını müdafiə sahəsindəki bütün fəaliyyətləri dünya xalqlarına elan olunmalıdır.

Teqlər

Şərhlər