Nov 03, 2019 20:50 Asia/Baku
  • Sepah-ın 13 aban münasibətilə bəyanatı
    Sepah-ın 13 aban münasibətilə bəyanatı

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir bəyanatda bildirib ki, xalqların böyük şeytanla anti-imperialist mübarizə dairəsinin genişliyi tələbələrin Amerikanın casusluq yuvasının ələ keçirilməsindəki inqilabçı hərəkətinin haqlılığının simvoludur.

Sepah bu bəyanatda 13 aban, dünya imperializmi ilə milli mübarizə gününü əziz tutaraq, vurğulayıb: Böyk şeytanla müzakirə etməmək yolu ilə Amerikanın İrana yiyələnməsi və siyasi nüfuz yolunun bağlanması, möhkəm din və ağıl əsasları ilə uyuşan bir siyasətdir.

Bu bəyanat İraq və Livandakı son olaylara və bu iki ölkənin xalqlarının ABŞ və sionist rejimin müdaxilələrinə reaksiyalarına toxunaraq, bildirib ki, müqavimət cəbhəsinin formalaşması, İraq və Suriyada İŞİD və təkfirçi terrorizm fitnəsinin məğlubiyyəti və düşmənlərin Yəmən savaşındakı uğursuzluğu 1358-ci il abanın 13-dən başlanan müqavimətin nailiyyətlərindəndir.

 

Teqlər

Şərhlər