Nov 10, 2019 15:26 Asia/Baku
  • İran xalqı əcnəbilərin təzyiqləri qarşısında dayanıbdır
    İran xalqı əcnəbilərin təzyiqləri qarşısında dayanıbdır

İran İslam Respublikasının prezidenti düşmənlərin İran xalqına zərbə vurmaq üzrə fitnələrinə toxunaraq, deyib ki, İran xalqı əcnəbilərin təzyiqləri qarşısında dayanıbdır.

Həsən Ruhani bu gün İranın mərkəzində yerləşən Yəzd şəhəri əhalisinin izdihamlı toplantısında bildirib ki, İran xalqı öz ölkəsi və diyarının yolunda fədakarlıq etməyə hər zamandakından daha çox hazırdır. O, əlavə edib: Amerika yaxşı bilir ki, böyük İran xalqı onların təzyiqləri qarşısında dayanıb və müqavimət göstərir.

Ruhani İran iqtisadiyyatının vəziyyətinin yaxşılaşması nişanəsi olan statistikalara işarə edərək, deyib: Bütün təzyiqlərə rəğmən, İranın qeyri-neft ixracatı rövnəqlidir və İranın iqtisadi şəraiti hər ay öncəki aydan daha yaxşı olur.

İran İslam Respublikasının prezidenti həmçinin İranda 53 milyard barrellik neft ehtiyatı olan yeni bir neft yatağının aşkar edilməsində xəbər verib və belə söyləyib: Düşmənlərin xalqa təzyiq göstərmək məqsədilə İranın neft satışına embarqo qoyduqları bir halda, iranlı fəhlə və mühəndislər böyük bir yataqda 53 milyard barrellik neft aşkar edə biliblər.

 

Teqlər

Şərhlər