Nov 14, 2019 18:12 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun cəzasının əfvi və azaldılması ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhkumun cəzasının əfvi və azaldılması ilə razılaşıblar

Rəbiuləvvəl ayının başlanması, həmçinin İslam Peyğəmbəri(s.ə.s)-in və İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin gəlişi münasibətilə İslam İnqilabının Böyük Rəhbəri bir qrup məhkumun cəzasının əfvi və azaldılması təklifi ilə razılaşıblar.

İranın məhkəmə hakimiyyətinin sədri höccətulislam və vəlmuslimin Seyyed Ebrahim Rəisi, İslam Peyğəmbəri(s.ə.s)-in və İmam Cəfər Sadiq(ə)-ın mövlud günləri münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə məktubda, əlaqədar komissiyada lazımi şəraitə malik olması müəyyən edilmiş 3552 nəfərin əfvi və cəzasının azaldılması təklifini veribdir ki, bu təklif İslam İnqilabının Böyük Rəhbərinin razılığı ilə üzləşibdir.

 

 

Şərhlər