Nov 16, 2019 19:20 Asia/Baku
  • İranda benzinin bahalaşmasına qarşı ara-sıra etirazlar baş verib
    İranda benzinin bahalaşmasına qarşı ara-sıra etirazlar baş verib

Dünən gecə və bu gün İranın bəzi şəhərləri eləcə də paytaxt Tehranda benzinin qiymətinin artmasına qarşı etiraz aksiyaları keçirilib.

Dünən hökumət məhdudiyyətsiz benzin istehlakı üçün 3 min tümən, hər avtomobil üçün müəyyənləşdirilmiş məhdud benzin payına isə 1500 tümən qiymət təyin etdi.

Hökumət eyni zamanda xalqın iqtisadi çətinliklərinə mane olmaq üçün nağd subsidiyadan əlavə hər ailəyə 55-200 min tümən müavinətin ödəniləcəyini bildirdi. 

Bu gün səhər ölkənin bəzi şəhərlərində bir qrup adam yağmurlu hava şəraitindən su-istifadə etməklə süni tıxac yaratmağa cəhd göstərdi və bunun nəticəsində əhali və məktəblilər öz gündəlik proqramlarına gecikdilər. Aksiyaçılar benzinin qiymətinin əvvəlki məbləğə qaytarılmasını tələb edirlər. 

İranın baş prokurolu höccətül-islam Məhəmməd Cəfər Müntəziri düşmənlərin aksiyadan su-istifadə etmələri barədə xəbərdarlıq edib. 

Şərhlər