Nov 16, 2019 19:58 Asia/Baku
  • Xuzistanda balıqçılıq rövnəqi
    Xuzistanda balıqçılıq rövnəqi

İranın cənub sularında balıq və krevetka ovunun azad olması ilə Xuzistan vilayətində balıqçılığın rövnəq tapmasının şahidi olacağıq.

Xuzistanlı balıqçılar Fars Körfəzində bir neçə gün balıqçılıqdan sonra əli dolu şəkildə estakadaya geri dönüblər.

M.K- Bizim barkasımız dənizdən gəlib və biz balıqları boşaltmaq üçün gəlmişik.

Barkasların limana yan almalarından sonra dərhal balıq və krevetka ayrılır və satış üçün ölkə səviyyəsindəki bazarlara göndərilirlər.

M.K- Fars Körfəzinin balıqları dünyanın ən yaxşı balıqlarıdırlar.

Hər il noyabr ayında və cənub sularında krevetka ovunun azad edilməsi ilə, balıqçıların ovunun böyük bir hissəsi, krevetka olur.

M.K- Gündə 7-8 tor atırıq- hər 4 saatdan bir.

M.K- Proqnoz edilir ki, Xuzistan balıq ovu məkanından azı 1500 ton krevetka götürüləcək.

Adətən üç gün istirahətdən sonra balıqçılar bir daha dənizə baş vurur və öz ruzilərini əldə etmək üçün Allah-Taalanın dənizdəki bərəkətinə göz dikirlər.

Proqnoz edilir ki, cari ilin sonunadək xuzistanlı balıqçılar Fars Körfəzinin sularından təqribən 45 min ton müxtəlif növlü balıq və krevetka ovlayacaqlar.

 

Şərhlər