Dek 05, 2019 17:31 Asia/Baku
  • İran və Qırğızıstan arasında iqtisadi əməkdaşlıq barədə memorandum imzalanıb
    İran və Qırğızıstan arasında iqtisadi əməkdaşlıq barədə memorandum imzalanıb

İranın yol və şəhərsalma naziri və Qırğızıstanın nəqliyyat və yol naziri ikitərəfli iqtisadi əməkdaşlıq barədə memorandum imzalayıblar.

İranın yol və şəhərsalma naziri Mohəmməd Eslami çərşənbə günü Tehranda bu memorandumu imzaladıqdan sonra deyib: Bu anlaşma sənədi energetika; nəqliyyat və rabitə; gömrük; ticarət və investisiya; sənaye; mədən; kənd təsərrüfatı; xəritəçəkmə; texniki-mühəndislik xidmətləri; turizm; həmçinin sığorta və bank ilə əlaqədar məsələ və sahələri əhatə edir.

Eslami bildirib ki, nəqliyyat sektorunda ən mühüm addım, İran ilə Qırğızıstan arasında hava reysinin açılmasıdır. O, əlavə edib: Bir iranlı aviasiya şirkəti qarşıdakı on iki gün ərzində İrandan Qırğızıstana hava reysini bərqərar edəcək.

Qırğızıstanın nəqliyyat və yol naziri Janat Beişenov da bu əməkdaşlıq sənədinin imzalanmasından sonra deyib ki, İranla əməkdaşlığı artırmaq və əlaqələri inkişaf etdirmək Qırğızıstan üçün çox önəmlidir.

İran İslam Respublikasının birinci vitse-prezidenti də vurğulayıb ki, Bişkeklə əməkdaşlığı inkişaf etdirmək istiqamətində Tehran üçün heç bir məhdudiyyət yoxdir. O, deyib ki, İran və Qırğızıstan geniş imkanlara malik olaraq, qarşılıqlı əməkdaşlığı genişləndirə bilərlər.

 

 

Teqlər

Şərhlər