Fev 20, 2020 20:39 Asia/Baku
  • 8 ədəd yenidən bərpa edilmiş hərbi təyyarə İİR ordusuna təhvil verilib

İran İslam Respublikası müdafiə naziri və İran ordusunun hava qoşunlarının komandanının iştirakı ilə, 8 ədəd əsaslı yenidən bərpa edilmiş müxtəlif növlü hərbi təyyarə İİR ordusuna təhvil verilib.

İİR müdafiə naziri General Mayor Əmir Hatəmi bu mərasimdə hərbi təyyarələrin struktur təmiri və yenidən bərpasının mürəkkəb prosses olduğunu və sadəcə bir neçə ölkənin inhisarında olduğunu  xatırladaraq deyib: Bu bərpa edilmiş təyyarələr, F4, F14, SOXO, MİRAJ hərbi təyyarələri eləcə də C130, 707 və 27 nəqliyyat təyyarələrindən ibarət olub ki, çeşidli hava döyüşləri və nəqliyyat əməliyyatlarında istifadə edilir. 

General Hatəmi  bərpa edilmiş təyyarələrin min kilometr məsafəni qət edən kruz raketlərini daşımaq qabiliyyətinə malik olduğunu və əməliyyatlarda təyinedici rol oynadıqlarını bildirib. 

 

Şərhlər