Mart 23, 2020 20:12 Asia/Baku
  • İİR XİN-dən ABŞ DD sözçüsünə twitter cavabı
    İİR XİN-dən ABŞ DD sözçüsünə twitter cavabı

İranın Xarici İşlər Nazirliyi öz twitter səhifəsində «Qlobal Riserç»in (Global Research) məqaləsinin linkini yerləşdirərək, ABŞ Dövlət Departamenti mətbuat katibinin sözlərini cavablandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bir ifadədə İslam İnqilabının Böyük Rəhbərinin amerikalı rəsmilərin İrana kömək üzrə iddiaları barədəki bəyanatına reaksiya verib.

İran Xarici İşlər Nazirliyinin twittində deyilir: Əgər koronavirus haqda dünya xalqları tərəfindən Amerika hökumətinə vurulan ittiham İran tərəfindən düzəldilən fitnə nəzəriyyləridirsə, onda heç uzağa getməyin; təkcə «Global Research»də dərc olunmuş sualların bir hissəsinə cavab verin.

Həzrət Ayətullahuluzma Xamenei dünən amerikalı rəsmilərin neçənci dəfə olaraq İranın istəyəcəyi halda bu ölkəyə dərman və müalicə köməkləri göndərməyə hazır olmalarına dair ifadələrinə işarə edərək, dedilər: Əvvələn, amerikalıların söhbətləri çox qəribə sözlərdəndir. Zira onların özləri xəstəliyin qarşısını almaq üçün kəskin dərman və tibbi avadanlıq çatışmazlığına düçar olublar. Onların bəzi məsul şəxsləri açıq şəkildə bu dəhşətli çatışmazlıqdan danışıblar. Buna görə, əgər onların imkanları varsa, oz xalqlarının dadına çatsınlar.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə söylədilər: İkincisi, amerikalıların koronavirus istehsalında ittiham edildikləri bir vaxtda, hansı aqil insan bu ölkənin köməyini qəbul edər?

«Global Research» martın 21-də «Birləşmiş Ştatlar üçün on sual: Koronavirus haradan gəlib?» adlı məqaləsində Amerika rəsmilərindən bu virus barədə suallar soruşub.

İİR XİN-dən ABŞ DD SÖZÇÜSÜNƏ TWITTER CAVABI

 

Şərhlər