İyul 24, 2020 20:27 Asia/Baku
  • ABŞ-ın özbaşınalığı ilə mübarizəyə təkid

Amerikaya hakim kəsilmiş rejimin qanundan qaçmasının digər bir nümunəsi kimi qeydə alınmış, Mahan aviya şirkəti təyyarəsinə qarşı təcavüzkar hərəkətə qarşı qınaqlar davam edir.

SəhərAzəri xəbər veriri, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin  tvitter-də , ABŞ-ın qanunsuz şəkildə digər bir ölkənin ərazisini işğal edib, proqram üzrə həyata keçən mülki bir uçuşa problem törətməsini pisləməsinin ardınca, məsələ ilə bağlı digər reaksiyaların da çahidi olduq.

Zərif tvitterdı yazıb kı, zahirən amerikalıların hərəkəti öz işğalçı qüvvələrini qorumaq hədəfilə həyata keçib. O, qeyd edib ki, həyasızlıq Amerikanın qanun pozuntularının üst-üstə qalanmasına səbəb olubdur.

İranın xarici işlər naziri vurğulayıb ki, bir faciə baş verməzdən öncə bu qanun pozuntuları dayandırılmalıdır.

Mahan aviaşirkətinin ictimai əlaqələr şöbəsi amerikan qırıcıların təcavüzü nəticəsində 12 sərnişinin zərər çəkdiyini bildirib və qeyd edib ki, həmin hadisəni Amerikaya hakim kəsilmiş rejimin qanundan qaçmasının digər bir nümunəsi hesab etmək olar.

İranın yol və şəhərsalma naziri Mohəmməd Səlami də sərnişin təyyarəsinə təcavüzü bir terror hərəkəti adlandırıb və vurğulayıb ki, Amerikanın bu hərəkəti heç bir məntiqlə qəbulediləsi deyil və İran təcili araşdırmanın aparılması və hadisəni törədənlərin məhkum edilmələrini istəyir.

 

Teqlər

Şərhlər