Avq 05, 2020 22:35 Asia/Baku
  • General Baqiri, Seyid Həsən Nəsrullah-a və Livan Ordusunun baş komandanına mesaj göndərib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Baqiri, Beyrutda baş verən faciəvi  partlayış hadisəsi ilə bağlı ayrı ayrı mesajlarda Seyid Həsən Nəsrullah və Livan Ordusunun baş komandanına başsağlığı verib.

SəhərAzəri xəbər verir, General Baqiri həmin mesajlarda baş vermis faciəvi partlayış nəticəsində bir çox Livan vətəndaşının ölüb yaralanması ilə bağlı başsağlığı verərək, hadisə qurbanlarına rəhmət, Müsibət görmüş insanlara səbr və dözüm dilədiyinin bildirib.
Baqiri Seyyid Həsən Nəsrullah-a ünvanladığı mesajda güclü müqavimət simvolu Hizbullahın qərbi asiyada müsəlmanlara qarşı yönəlmiş sionizm fitnələrinin zərəsizləşdirilməsində danılmaz rolunu vurğulayaraq, İslam ölkələrinin hazırki şəraitdə Livan xalqına yardım etməsinin zəruriliyini vurğulamışdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin Livan ordusun baş Komandanına mesajında İslam ölkələri ordularının hazırkı ağır şəraitdə meydana gəlib Livan xalqının çətinliklərini azaltmaq istiqamətində lazımı yardımları etməsini vacıb hesab edib.
Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.
Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

Teqlər

Şərhlər