Dek 12, 2016 17:23 Asia/Baku
  • AİP İdarə Heyəti Netanyahunun səfəri ilə bağlı XİN qarşısında piket keçirib
    AİP İdarə Heyəti Netanyahunun səfəri ilə bağlı XİN qarşısında piket keçirib

Azərbaycan İslam Partiyasının İdarə Heyəti İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərinə etiraz olaraq bu ölkənin Xarici İşlər Nazirliyi qarşısında piket keçirib.

İslamın Səsi saytı xəbər verir ki, piketdə AİP idarə heyyəti və partiyanın bir neçə üzvü iştirak ediblər. Piketin sonunda partiya tərəfindən qəbul olunan qətnamə XİN rəsmilərinə təqdim edilib.Piket iştirakçılarının tələbi qaniçən, işğalçı İsrail rejiminin rəhbərinin 25 ildən çoxdur ki, torpaqları işğal altında olan müsəlman Azərbaycan Respublikası torpaqlarına səfərinin qarşısının alınması ilə bağlı olub.Piket iştirakçıları müxtəlif şüarlar da veriblər.

Teqlər