Yan 11, 2017 10:40 Asia/Baku
  • Azərbaycan prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib
    Azərbaycan prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edib.

APA-nın məlumatına görə, preziddent İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb: “İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.- prezident Əliyev belə deyib.

 

 

 

Teqlər