Apr 19, 2017 14:16 Asia/Baku
  • Bakıda EKO ölkələrinin dəmiryolu başçılarının iclası başa çatıb
    Bakıda EKO ölkələrinin dəmiryolu başçılarının iclası başa çatıb

EKO-ya üzv ölkələrin dəmiryolu başçılarının 13-cü iclası iki gün Bakıda keçirildikdən sonra başa çatıb.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu iclas on EKO ölkəsi, həmçinin BMT-nin Avropa və Asiya komissiyaları nümayəndələrinin iştirakı ilə keçirilib. Çin nümayəndəsi də ilk dəfə olaraq bu iclasda iştirak edibdir. İclas, üzvlərin dəmiryolu dəhlizlərinin fəallaşdırılması sahəsindəki razılığı ilə öz işini başa vurub.

İranın Dəmiryolu Şirkətinin səyahət, hərəkət və bəhrələnmə məsələləri üzrə sədr müavini İbrahim Məhəmmədi bu iclasdakı razılaşmalar haqda deyib: Bu iclasda Pakistan-İran-Türkiyə dəmiryolu marşrutu məsələləri araşdırıldıqdan sonra üzvlər Türkiyədən Pakistana doğru qatarların yüklərinin təmini və vaqonların az müddətdə Zahidanda dayanması barədə razılığa gəliblər. Həmçinin qərara alınıbdır ki, Qazaxıstan-Türkmənistan-İran dəmiryolu marşrutunu iqtisadiləşdirmək üçün yük vurulması üzrə tariflər araşdırılsın və hər üç ölkə bu marşrutun yüklərinin təmin olunması sahəsində səy göstərsin.

O, Çin konteynerlərinin Özbəkistan-Türkmənistan-İran dəmiryolu marşrutunda daşınması barədə fikir mübadiləsini, həmçinin İran-Azərbaycan Respublikası-Rusiya dəmir yollarının əməliyyat mərhələsinə keçməsinin sürətləndirilməsi sahəsində Azərbaycan Respublikası investorları və dəmiryolu rəsmilərilə müzakirələri bu iclasda nəzərdən keçirilmiş məsələlərdən adlandırıb.

EKO-nun baş eksperti Zöhrə Abışova şimal-cənub dəmiryolu dəhlizinin önəminə işarə edərək, deyib: 4000 kilometr uzunluğunda olan bu koridor İranın Bəndər-Abbas limanından başlanır və Azərbaycan Respublikası və Rusiyadan keçdikdən sonra Skandinaviya ölkələrinə qoşulur və diqqətəlayiq irəliləyişə də malikdir.

O, sonra deyib: Azərbaycan Respublikası Astarasından İran Astarasınadək uzanan səkkiz kilometrdən çox olan bu koridorun Azərbaycan Respublikası hissəsində işlər başa çatıb və İran tərəfində də işlər görülməkdədir və ilk etapda bu istiqamətdə ildə üç milyon ton əmtəə mal daşınacaqdır.  

Bu iclas iqtisadi həmkarlıqları genişləndirmək məqsədi və dəmiryolu nəqliyyatı mehvəri ilə keçirilib. İclas həmçinin EKO ölkələrində nəqliyyat sahəsində mövcud olan problemlərin araşdırılması, öncə və yeni tərif olunmuş koridorların problemlərinin aradan qaldırılması məqsədini də güdübdür.  İran İslam Respublikası dəmiryolu nəqliyyatındakı strateji möqeyinə əsasən, bu iclasın ümdə mehvəri olubdur.