Apr 20, 2017 16:50 Asia/Baku
  • Ağcabədidə balıqlar kütləvi şəkildə tələf olub
    Ağcabədidə balıqlar kütləvi şəkildə tələf olub

Ağcabədi rayonunda fərdi təsərrufatlardan birində balıqlar kütləvi şəkildə tələf olub.

İslaminSesi "Report"a istinadən   xəbər verir ki, hadisə rayonun Hacıbədəlli kəndində yerləşən göllərdən birində qeydə alınıb. 

 

Kənd sakini, fermer Tələt Rüstəmov "Report"a bildirib ki, bir hektardan çox ərazini əhatə edən ona məxsus göldə 20 tondan artıq balıq tələf olub: "Mənə təxminən 60 min manatdan çox ziyan dəyib". 

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və ölmüş balıqlardan nümunələr götürülərək laboratoriyaya göndərilib.