May 19, 2017 20:41 Asia/Baku
  • Azərbaycanda yaşayan iranlılar seçkilərdə aktiv iştirak edib
    Azərbaycanda yaşayan iranlılar seçkilərdə aktiv iştirak edib

Azərbaycan Respublikasında yaşayan İran vətəndaşları 12-ci İran prezident seçkilərində aktiv iştirak ediblər.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, Azərbaycan Respublikasında yaradılan seçki məntəqəsinə gedən İran vətəndaşları nəzərdə tutduqları namizədə səs verib. 

Azərbaycan paytaxtı Bakı ilə yanaşı Naxçıvan Muxtar Respublikasında da iranlıların səs verməsi üçün seçki məntəqəsi yaradılıb və burada da İran vətəndaşları səs veriblər. 

İranın Azərbaycan Respublikasındakı səfiri Azərbaycanda yaşayan iranlıların iştirakını aktiv adlandırıb və onu alqışlayıb.