İyul 15, 2017 09:03 Asia/Baku
  • Benzinin qiyməti bahalaşdırılır
    Benzinin qiyməti bahalaşdırılır

Azərbaycanda növbəti dəfə benzinin qiyməti bahalaşacaq.

İslaminSesi xəbər verir ki, bu barədə hakimiyyətə yaxın haqqın.az sayta məlumat yayıb. Məlumata görə hazırda Aİ-92 markalı benzinin qiyməti 20 qəpik bahalaşdırılaraq 90 qəpik olacaq. Taarif Şurasının bununla bağlı məlumat yayacağı gözlənilir.  Artıq Bakının yanacaqdoldurma məntəqələrində bununla bağlı ajiotajın yarandığı və sabah üçün hazırlıq işlərinin görüldüyü bildirilir.  

Qeyd edək ki, son iki ildə Azərbaycanda benzinin qiyməti artıq neçənci dəfədir ki, bahalaşdırılır.

 

Teqlər