İyul 16, 2017 11:59 Asia/Baku
  • Azərbaycanlı Avropa çempionu intihar edib
    Azərbaycanlı Avropa çempionu intihar edib

Sambo üzrə Avropa çempionu azərbaycanlı gənc Rəşad Dünyamalıyev intihar edib.

Arannewsun məlumatına görə, naməlum səbəblərə görə özünü asan 18 yaşlı idmançı sambo üzrə iki dəfə Avropa çempionu olub. 

Məlumata görə, Rəşad Dünyamalıyev 2017-ci il aprel ayında sambo üzrə Avropa Çempionatının qızıl medalına layiq görülüb. 

Azərbaycanda intihar halları son illərdə diqqəti cəlb edəcək dərəcədə artmışdır. 

Azərbaycanın Səhiyyə Nazirliyinin Psixoloji Sağlamlığa Nəzarət Mərkəzinin rəhbəri bildirmişdir ki, 2016-cı ildə Azərbaycanda 237 intihar halı qeydə alınıb.