İyul 17, 2017 14:43 Asia/Baku
  • Bakıda tezliklə Qüds mövzusunda beynəlxalq konfrans keçiriləcək
    Bakıda tezliklə Qüds mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində tezliklə Qüds Beynəlxalq Konfransı keçiriləcək.

İslamınsesi xəbər saytının BMT Fələstin Xalqının Haqlı Hüququnun gerçəkləşdirilməsi komitəsinin saytına istinadla verdiyi məlumata görə, bu konfrans 20 və 21 iyulda Bakıda keçiriləcək.

Məlumata görə, konfransda Azərbaycanın rəsmi dövlət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatı və Fələstin Özünüidarə Təşkilatının rəsmiləri iştirak və çıxış edəcəklər.

Fələstinin BMT-dəki səfiri Riyad Mənsur Bakıya ezam olunacaq heyətə rəhbərlik edəcək.

Konfrans çərçivəsində Beytül-Müqəddəsin şərqində işğal altında həyat, Beytül-Müqəddəsin şərqində yeni strategiyalar və Beytül-Müqəddəsin şərqində regional və beynəlxalq dəstəklər mövzusunda dəyirmi masalar təşkil olunacaq.

Teqlər