Avq 10, 2017 09:05 Asia/Baku
  • Mövsüm Səmədov
    Mövsüm Səmədov

Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Təxridxanada AİP lideri Mövsüm Səmədovla görüşüb.

Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Yalçın İmanov müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyib. Vəkilin sözlərinə görə AİP lideri Mövsüm Səmədov Qobustan Təxridxanasında Müsəlman Birliyinin Hərəkatının üzvü Abbas Hüseynə qarşı baş verən işgəncə hallarını pisləyib. Müvəkkilinin “karantin” müddətinin bitdiyini və artıq korpusa köçürüldüyünü söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun hər kəsə salam söylədiyini bildirib.

 

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır.

 

Teqlər