Avq 11, 2017 21:49 Asia/Baku
  • Minsk qrupu Qarabağ münaqişəsinin həllinə ümidvardır

Avropada Təhlükəsizlik və Əməkdaşılq Təşkilatının Minsk qrupunun amerikalı həmsədri bu qrupun həmsədrlərinin regiona səfəri ərəfəsində Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini dilə gətirib.

Azərbaycanın Əhli-Beyt internet portalının bu gün yaydığı məlumata görə, Riçard Huqland deyib: Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Serkisiyanın növbəti görüşlərində daha yumşaq mövqe tutacaqları və hətta müştərək həll yoluna nail ola bilməyəcəkləri təqdirdə belə regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində cidd addım atacaqlarına ümid edirəm. 

Huqland deyib: Anlaşmaya nail olmaq üçün müxtəlif mərhələri keçmək lazımdır və əsas məqsəd Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizlik və sülhün bərqərar olunmasıdır. 

Teqlər