Sen 09, 2017 21:01 Asia/Baku
  • Allahşükür Paşazadə Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət edib
    Allahşükür Paşazadə Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilli Bakıdakı erməni kilsəsinə baş çəkməyə dəvət edib.

İşğal olunmuş Azərbaycan ərazilərində dini və mədəni abidələrin dağıdılması və təhqir olunmasına münasibət bildirən II Qaregin Bakıdakı erməni kilsəsinin heç də kafi vəziyyətdə olmaması iddiasını irəli sürüb, cavab olaraq Şeyxülislam maraqlı olmayan tərəf kimi Patriarx Kirilli Bakıya səfəri zamanı erməni kilsəsini birgə ziyarət etməsini və onun bugünkü vəziyyəti ilə əyani surətdə tanış olmasını təklif edib.

Patriarx Kirill deyib: " Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir".

 

 

 

Teqlər