Sen 11, 2017 09:07 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran prezidenti Həsən Ruhani oktyabrda Azərbaycana səfər edəcək.

Bu barədə Həsən Ruhani Tehranda, Qazaxıstan səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

H.Ruhani Astanada Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdüyünü deyib:  “Görüşdə Azərbaycan prezidentinin dəvəti ilə gələn ay Bakıya baş tutacaq səfərim,  daha sonra isə İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı haqqında danışıqlar apardıq. Həmkarımla  ikitərəfli əlaqələrin inkişafı, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinə  investisiya məsələlərini də müzakirə etdik”. H.Ruhani əlavə edib ki, Astanada  keçirdiyi görüşlərdə  həmçinin 2017-2018-ci illərdə neft qiymətləri ilə bağlı mövzuya toxunulub.

 

Qeyd edək ki, Sentyabrın 10-da Astanada Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin görüşü olub.    Dövlət başçıları Qazaxıstanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində iştirak ediblər.