Üç ölkə prezidenti regional və beynəlxalq məsələləri müzakirə edəcək
Sen 11, 2017 13:51 Asia/Baku
“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında bildirib. B. Qasimi deyib ki, İranla Azərbaycan, İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: “Görüşdə ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir”.
İran XİN sözçüsü toplantının tarixini açıqlamayıb.