Okt 09, 2017 12:00 Asia/Baku
  • GUAM-ın iclası sona çatıb
    GUAM-ın iclası sona çatıb

GUAM birliyinin xarici işlər nazirlərinin Gürcüstan iclası üzv ölkələrin ərazi bütövlüyünün mühafizəsi və əməkdaşlıqların inkişaf etdirilməsinə təkid edərək sona çatıb.

İRİB-in verdiyi məlumata görə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət olan GUAM ölkələrinin XİN başçılarının iclası bu birliyin yaradılmasının 20-ci ildönümü münasibəti ilə Gürcüstan paytaxtı Tiflisdə keçirilib. Üzv ölkələrin XİN başçıları bir bəyanat imzalayaraq əməkdaşlıqların davam etdirilməsinə hazır olduqlarını bildiriblər. 

Gürcüstan XİN rəhbəri Mixail Canelidze iclasın sonunda müxbirlərə deyib: Üzv ölkələr arasında konstruktiv və səmimi müzakirələr getdi. 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu birliyin hər dörd üzvünün ərazi bütövlüyü və milli hakimiyyətinin pozulduğunu bildirərək bu duruma son qoyulmasını istəyib. 

GUAM ölkələrinin prezidentləri 1997-ci il oktyabrın 10-da Fransanın Strasburq şəhərində bu təşkilatı yaratmışlar. 

Teqlər