Okt 12, 2017 19:43 Asia/Baku
  • Rəsmi Bakı APA-nın qətnamələrinə etiraz edib
    Rəsmi Bakı APA-nın qətnamələrinə etiraz edib

Azərbaycan Respublikası prezidentinin köməkçisi Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi 2 qətnaməyə reaksiyada onların qərəzli olduğunu bildirib və Avropa Şurası ilə əlaqələrə yenidən baxılmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidentinin köməkçisi Əli Həsənov bu gün AŞPA-nın qəbul etdiyi iki qətnaməyə münasibət bildirərkən deyib: Bu kimi əsassız qətnamələrlə Azərbaycan Respublikasına təzyiq cəhdləri baş tutmayacaq və bu kimi qərəzli qətnamələrin qəbul edilməsi Azərbaycan Respublikasını AŞ ilə öz əlaqələrinə yenidən baxmağa vadar edir. 

AŞPA özünün dünənki iclasında “Azərbaycanda demokratik qurumların fəaliyyəti” və «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı iki qətnaməni araşdıraraq qəbul edib.

AŞPA məruzəçiləri Azərbaycan Respublikasında icraedicilik, qanunvericilik və məhkəmə orqanları arasında balansın olmadığını iddia ediblər. 

Bu hesabatda həmçinin qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlərin davamlı şəkildə həbs edildikləri, Azərbaycan Respublikasında toplantı azadlığının olmaması iddia olunub. 

Teqlər