Okt 12, 2017 21:30 Asia/Baku
  • Azərbaycan energetika nazirinin müavini: Neftin qiymətinin təsbit olması üçün öz payımızı ödəyəcəyik.
    Azərbaycan energetika nazirinin müavini: Neftin qiymətinin təsbit olması üçün öz payımızı ödəyəcəyik.

Azərbaycan Respublikası energetika nazirinin müavini Bakıda beynəlxalq neft toplantısında deyib ki, ölkəsi Neftin qiymətinin təsbit olunması üçün öz üzərinə düşəni edəcək.

İRNA-nın verdiyi məlumata görə, Natiq Abbasov deyib: OPEK üzvlərinin və bu təşkilatdan kənar neft ölkələrinin öz öhdəliklərini yerinə yetirmələri və bunun nəticəsində dünya bazarlarında neftin qiymətinin yanvar ayından bəri artmağa doğru getməsi göstərir ki, qiymətin düzəlməsi istiqamətində atılan addımlar düzgün imiş . 

Natiq Abbasov deyib: OPEK-ə üzv olan və qeyri-üzv ölkələr əldə olunmuş razılaşmanın müddətini 2018-ci ilin ilk rübünün sonuna qədər uzatmaları dünya bazarlarında neftin qiymətinin artmasına kömək edəcək. 

Natiq Abbasov deyib: Dünya bazarlarında neftin qiymətinin artması üçün OPEK çərçivəsində müzakirələrdə iştirak edən hər bir ölkə səy göstərməlidir. 

Beynəlxalq neft konfransı Britaniyanın Arqus müəssisəsinin təşəbbüsü ilə Azərbaycan Dovlət Neft Şirkətinin yardımı ilə oktyabrın 10-11-də Bakıda keçirildi.