Noy 27, 2017 15:38 Asia/Baku
  • Təbrizdə Nardaran şəhidlərinin anım məraismi keçirilib
    Təbrizdə Nardaran şəhidlərinin anım məraismi keçirilib

İmam Həsən Əsgəri(ə)-ın şəhadəti gecəsində Təbrizin möhtərəm imamcüməsi və İslam İnqilabının Böyük Rəhbərinin İranın Şərqi Azərbaycan ostanındakı nümayəndəsi höccətulislam vəlmuslimin Hac Ağa doktor Ali-Haşimin, həmçinin Təbriz əhalisinin böyük bir hissəsinin, eləcə də bir qrup elmi və mədəni şəxsiyyətlərin iştirakı ilə İmam Sadiq(ə) məscidində Bakının Nardaran qəsəbəsinin məzlum möminlərinin şəhid edilmələrinin ikinci ildönümü mərasimi keçirilib.

Təbrizin möhtərəm imamcüməsi və İslam İnqilabının Böyük Rəhbərinin İranın Şərqi Azərbaycan ostanındakı nümayəndəsi höccətulislam vəlmuslimin Hac Ağa doktor Ali-Haşim Azərbaycan Respublikası hökumətinin dindarların hüquqlarını məhdudlaşdırmaq üzrə hərəkətini kəskin tənqid atəşinə tutub.

Bu mərasimdə höccətulislam Bərgi Nardaran qəsəbəsinin böyük siyasi və dini mövqeyi və yerinə işarə edərək, qanlı Nardaran hadisəsi ilə bağlı Azərbaycan Respublikası hökumətinin anti-din və repressiya hərəkətlərini kəskin tərzdə tənqid edibdir.

Mərasimin yekun hissəsində də Nardaran möminlərinin şəhid edilmələrinin ikinci ildönümü münasibətilə dünyanın müsəlman azərilərini müdafiə cəmiyyətinin bəyanatı qiraət olunub. Bu bəyanatın bir hissəsində deyilir: Ötən illərdə kifayət qədər acı hadisələr baş verib və bir çox mömin və imanlı şəxs acınacaqlı vəziyyətə düşübdür və həbs olunmuş islami fəallar və liderlər hələ də qorxunc məhbəslərdə saxlanlırlar. Biz tələb edirik ki, onların şəraitinin yaxşılaşdırılması və ya onların zindandan azad edilmələri üçün əsaslı addımlar atılsın. Ələlxüsus Hacı Möhsün Səmədov, Hacı Taleh Bağırov, Hacı Abgül Süleymanov və sair islamçılara qarşı tətbiq edilən işgəncə, təzyiq və məhdudiyyətlər ciddi nigarançılığa səbəb olubdur. Əlbəttə, bütün dini və siyasi məhbusların azadlığa buraxılmaları mühüm və əsaslı bir addım hesab olunur.

Teqlər