Fev 13, 2018 10:07 Asia/Baku
  • Bakıda NATO-nun təlim-məşqi başlanıb
    Bakıda NATO-nun təlim-məşqi başlanıb

NATO-nun təlim-məşqi dünən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu təşkilatın 2018-ci ildəki həmkarlıq proqramı formasında Bakıda başlanıb.

NATO qüvvələrinin komandanlığı tərəfindən təşkil olunmuş bu təlim-məşqdə hərbi təlimlərin keçirilməsi, müdiriyyət və proqramlaşdırma anlaşmaları ilə tanışlıq, insan qüvvəsi strukturu və komandanlıq təlimləri icra olunacaq.

Bazar ertəsi günündən başlanaraq, fevralın 16-dək sürəcək bu təlim-məşqdə Azərbaycan Respublikası ordusunun müxtəlif bölmələrinin hərbçiləri iştirak edirlər.

Azərbaycan Respublikası-NATO əlaqələri 1994-cü ildən başlanıb və iki tərəf müxtəlif sahələrdə, o sıradan bu respublika hərbçilərinin NATO standartları əsasında təlim keçmələri, Azərbaycan Respublikasının bəzi məntəqələrində minatəmizləmə əməliyyatı və Əfqanıstanda dırnaqarası sülhü mühafizə əməliyyatında əməkdaşlıq edir.

Teqlər