Mart 09, 2018 16:35 Asia/Baku
  • Avropa Parlamenti Rusiya və Azərbaycanda keçiriləcək prezident seçkilərinə nəzarət etməyəcək

Avropa Parlamenti prezident seçkilərinə nəzarət etmək üçün Rusiya və Azərbaycana müşahidəçi heyət göndərməyəcəyini rəsmən elan edib.

Haqqın.az internet portalının verdiyi məlumata görə, Avropa Parlamentində Demokratiyaya Dəstək qruplarının üzvü olan Deyvid Mək Alister və Linda Makavan bu qrumun Rusiya və Azərbaycanda keçiriləcək seçkilərin nəticəsi haqda da heç bir fikir bildirməyəcəyini deyiblər.

Mək Alister və Makavan həmçinin deyiblər: Avropa Parlamentinin heç bir üzvü seçkilərə nəzarət etmək və seçkilər barədə fikir bildirmək səlahiyyətinə malik olmayacaq.

Avropa Parlamenti yay tətilindən öncə Azərbaycan ilə əlaqələri barədə hesabat yayacaq . Avropa Parlamentinin bu qərarına baxmayaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycanda keçiriləcək prezident seçkilərinə nəzarət etmək üçün müşahidəçi qrup göndərməyə hazır olduğunu elan edib. Azərbaycanda prezident seçkiləri 11 apreldə keçiriləcək. Rusiyada isə prezident seçkiləri 18 martda keçiriləcək.

Teqlər