Mart 13, 2018 15:10 Asia/Baku
  • Bakıda ustad Fərhad Fəxrəddininin 80 illik yubileyi qeyd olunub
    Bakıda ustad Fərhad Fəxrəddininin 80 illik yubileyi qeyd olunub

Bakıda İranın tanınmış incənət xadimi ustad Fərhad Fəxrəddininin səksən illik yubileyi qeyd olunub.

İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin həmkarlığı ilə keçirilən bu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və incəsənət dairələrinin nümayəndələri və musiqişünaslarından bir qrupu iştirak edib. Mərasim beynəlxalq muğam müsabiqəsinin kənarında Azərbaycan Milli Konservatoriyasının akt salonunda keçirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ustad Fərhad Fəxrəddinin dəyərli xidmətlərinə işarə edərək, onun Şərq və İran musiqisindəki rolunu mühüm adlandırıb və belə əlavə edib: Azərbaycan Respublikasının sənətkarları İran musiqisinin bu görkəmli ustadının varlığından bəhrələnmək üçün böyük fürsət əldə ediblər.

Ustad Fərhad Fəxrəddini bir neçə gündür ki, Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvü kimi bu şəhərdədir.

Bu yarışma İrandan dörd musiqi qrupu daxil olmaqla on üç ölkədən olan sənətkarların iştirakı ilə martın onundan Bakıda keçirilir.