May 12, 2018 14:01 Asia/Baku
  • 15 iranlı məhbus Azərbaycan R-dan İrana köçürülüb
    15 iranlı məhbus Azərbaycan R-dan İrana köçürülüb

Azərbaycan Respublikasının zindanlarında saxlanılan on beş iranlı məhbus bu gün Astara quru sərhədi ilə İrana köçürülübdür.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu xəbəri verərək, deyib: İran İslam Respublikası rəsmilərinin ardıcıl səyləri və məsələni izləmələri ilə bu gün günortaçağı Azərbaycan Respublikasının zindanlarında saxlanılan on beş iranlı məhbus öz məhkumluq müddətinin yerdə qalan hissəsini öz ölkəsində keçirmək məqsədilə Astara quru sərhədi ilə İrana daxil olubdur.

O, bildirib ki, bu məhbuslar İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında məhkumların ekstradisiyası barədəki razılaşmanın icrasının 25-ci etapı çərçivəsində İrana köçürülüblər. O, ümid etdiyini bildiribdir ki, digər məhbusların ölkəyə köçürülmələri barədə göstərilən səylər də nəticə verəcəkdir.