May 15, 2018 00:58 Asia/Baku
  • Astara-Astara dəmir yolunun önəminə təkid edildi
    Astara-Astara dəmir yolunun önəminə təkid edildi

İranın Gilan vilayətinin icra başçısı deyib: Astara-Astara beynəlxalq dəmir yolu marşrutu şimal-cənub nəqliyyat marşrutunun önəmli hissəsidir.

Mustafa Salari şimal-cənub və qərb-şərq beynəlxalq nəqliyyat marşrutunda Astara-Astara dəmiryolunun rolu adlı iclasda deyib: Xarici əlaqələrin genişləndirilməsi və beynəlxalq yük daşımaların sürətləndirilməsi üçün şimal-cənub nəqliyyat marşrutunun təkmilləşdirilməsi zəruridir və Astara-Astara dəmir yolu da bu nəqliyyat marşrutunun mühüm hissəsidir. 

Salari bunun üçün qanuni və bürokratik bazaların yaradılmasını da zəruri adlandırıb və deyib: İki ölkə arasında bank əlaqələrinin genişləndirilməsi və gömrük rüsumlarında güzəştlərin nəzərdə tutulması üçün də asanlaşdırıcı tədbirlər görülməlidir. 

Astara şəhərinin İran İslam Şurası Məclisindəki nümayəndəsi də bu iclasda Azərbaycanın İran vətəndaşları üçün viza rejimini ləğv etməsini istəyib və deyib: Beynəlxalq Astara dəmir yolu milli və beynəlxalq yük daşımalarda mühüm rola malikdir və region ölkələrinin istifadə etmələri ilə bu dəmir yolu iqtisadi baxımdan daha artıq çiçəklənmiş olacaq. 

Azərbaycanın İxracat və Sərmayə Qoyuluşunun İnkişafı TƏşkilatının sədri də bu iclasda deyib: Azərbaycan İran İslam Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsini dəstəkləyir. 

Rüfət Məhəmmədov daha sonra İran və Azərbaycan arasındakı ticarət əlaqələrinin uzun keçmişə malikolduğunu xatırladıb və deyib: Hər iki ölkə başçısının siyasi iradəsi əlaqələrin bütün sahələrdə genişləndirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. 

R.Məhəmmədov həmçinin deyib: 2018-ciil İran-Azərbaycan iqtisadi əməkdaşlıqlarının pik nöqtəsi sayılır.