May 15, 2018 11:23 Asia/Baku
  • Azərbaycan Respublikası; İran məhsullarının Qafqaza giriş qapısı
    Azərbaycan Respublikası; İran məhsullarının Qafqaza giriş qapısı

İranın ETKA təşkilatının icraçı direktoru deyib: Azərbaycan Respublikası İranın kənd təsərrüfatı məhsullarının Qafqaz və digər region ölkələri o sıradan Rusiya bazarına girişi qapısıdır.

Dünən Azərbaycan rəsmiləri ilə görüş məqsədi ilə Bakıya daxil olan Məhəmməd Mehdi Kərbəlayi İRNA-ya verdiyi müsahibədə deyib: Azərbaycan Respublikası və Rusiya İranın kənd təsərrüfatı məhsulları üçün əlverişli bazara malikdir. 

Kərbəlayi deyib: Azərbaycanın İranla həmsərhəd olmasını nəzərə alaraq kəndtəsərrüfatı məhsullarının idxal və ixracatı sahəsində qarşılıqlı əməkdaşlıqlar genişlənir. 

ETKA təşkilatının icraçı direktoru deyib: Azərbaycan Respublikası rəsmiləri ilə görüşdə iki ölkənin bu sahədəki potensiallarının araşdırılması qərara alınıb. 

ETKA təşkilatı 60 illik fəaliyyət keçmişinə malik olaraq İranın iqtisadiyyat sahəsində ana şirkətlərindən biri hesab olunur.