İyul 12, 2018 10:30 Asia/Baku
  • İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Azərbaycana səfər edib
    İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Azərbaycana səfər edib

İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Azərbaycan Respublikası ilə səhiyyə sektorunda münasibətləri inkişaf etdirmək məqsədilə bir heyətin müşayiəti ilə Bakıya səfər edib.

Seyid Həsən Qazizadə Haşimi cümə axşamı günü Bakı Hava Limanında iki ölkənin dərman, diaqnoz və müalicə sektorundakı əməkdaşlıqlarına toxunaraq deyib: İran və Azərbaycan Respublikası prezidentlərinin son görüşü və iki ölkə rəsmiləri arasında əməkdaşlıqların inkişaf etdirilməsi üzrə ciddi iradənin sərgilənməsi ilə bu səfər ikitərəfli əməkdaşlıqların yüksəldilməsi üçün təsirli olacaq. 

İranın səhiyyə naziri deyib: Bakı səfərində Azərbaycan Respublikasının səhiyyə naziri və bir neçə nazirlə görüş və danışıqlar baş tutacaq. 

Qazizadə Haşimi Azərbaycanı İran üçün çox yaxşı qonşu adlandırıb və son illərdə iki ölkənin siyasi və iqtisadi münasibətlərinin inkişaf etməsinə toxunaraq ümidvarlıq edib ki, Bakıya səfəri ikitərəfli münasibətlər və iki ölkənin səhiyyə nazirliklərinin əməkdaşlıqlarının yüksəlməsində təsirli olacaq. 

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Bakıya iki günlük səfərində, Azərbaycan Respublikasının səhiyyə, iqtisadiyyat və əmək və əhalinin sosial müdafiə nazirləri ilə görüşəcək və Bakıda bir neçə tibb və təhsil mərkəzi ilə yaxından tanış olacaq. 

Teqlər