İyul 29, 2018 13:15 Asia/Baku
  • Vaizi: Tehran-Bakı əlaqələri inkişaf etməkdə olan qardaşlıq əlaqələridir
    Vaizi: Tehran-Bakı əlaqələri inkişaf etməkdə olan qardaşlıq əlaqələridir

İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri şənbə günü axşam Tehranda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdə iki ölkə əlaqələrini inkişaf etməkdə olan qardaşlıq əlaqələri adlandırıb və deyib: Tehran-Bakı əlaqələrinin səviyyəsi iki ölkə başçılarının siyasi iradəsi sayəsində bütün sahələr üzrə inkişaf etməkdədir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Mahmud Vaizi İran və Azərbaycanın ikitərəfli əlaqələri möhkəmləndirmək və daha artıq inkişaf etdirmək üçün geniş potensiallara malik olduqlarını deyərək, İran və Azərbaycan arasındakı birgə iqtisadi komissiyanın daha da aktivləşməsini istəyib.

İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri həmçinin, İranın rabitə və yüksək texnologiyalar sahəsindəki nailiyyətlərinə işarə edərək, deyib: İran İslam Respublikası rabitə texnologiyaları sahəsindəki təcrübələrini Azərbaycanın ixtiyarına verməyə hazırdır və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlıq edə bilər.

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də Azərbaycan və İran əlaqələrinin inkişaf etməsindən razılıq edib və deyib: Bakı Tehran ilə əlaqələrinin daha artıq möhkəmlənməsini istəyir.

Ramin Qluzadə İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq habelə, Tehranda keçirilən 24-cü elektronika, kompüter və elektron ticarət sərgisi "Elecomp"da iştirak məqsədilə İrana səfər edib.