Sen 13, 2018 13:55 Asia/Baku
  • Azərbaycan Qarabağ sülh müzakirələrinə dair İrəvanın istəklərini rədd etdi

Azərbaycan prezidenti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi ilə görüşdə Ermənistanın baş nazirinin Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərin qəbul edilməz olduğunu deyib.

Azərtac-ın verdiyi məlumata görə, İlham Əliyev dünən Tomas Qreminqer ilə görüşdə Nikol Paşinyanın  separatçı Qarabağ ermənilərinin də Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə iştirak etməsinə dair təklifini qəbl edilməz adlandırıb.

İ.Əliyev deyib: Ermənistanın baş nazirinin təzadlı açıqlamalarından aydın olur ki, bu ölkə Qarabağ münaqişəsinin həlli prosesində pozuculuq törətməyə çalışır.

Azərbaycan prezidenti həmçinin, bu görüşdə ATƏT-in Ermənistanın baş nazirinin Qarabağın ətrafında yerləşən və hazırda erməni qüvvələrin işğalı altında olan Azərbaycanın 7 rayonunu qondarma Dağlıq Qarabağ rejiminin ərazisi adlandırmasına reaksiya verməsini istəyib.

İlham Əliyev deyib: Ermənistanın baş naziri Qarabağ münaqişəsi danışıqlarında pozuculuq törətməyə çalışır. Belə olacağı təqdirdə, yaranacaq vəziyyətə görə Ermənistan xüsusilə də Paşinyan məsuliyyət daşıyacaq.

Bu görüşdə həmçinin, regionun təhlükəsizlik durumu və iqtisadi məsələləri də müzakirə edilib.

Teqlər