Sen 14, 2018 20:07 Asia/Baku
  • Ərdoğan sabah Bakıya gedir
    Ərdoğan sabah Bakıya gedir

Türkliyə prezidenti Azərbaycanlı həmkarı ilə görüşərək, qarşılıqlı, regional və beynəlxalq əməkdaşlıqları müzakirə etmək məqsədi ilə sabah Azərbaycan Respublikasının paytaxtı Bakıya gedəcək.

Anadolu xəbər agentiyinin verdiyi məlumata görə, Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti bu gün bildirib ki, Rəcəb Təyyib Ərdoğan sabah Azərbaycan Respublikasına səfərdə Bakının Qafqaz islam ordusu tərəfindən erməni-bolşvik qrupların işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə keçirilən mərasimdə iştirak edəcək. 

Bu məlumata görə, Ərdoğan İlham Əliyev ilə görüşündə strateji əlaqələri, iki ölkə arasındakı ticarət əməkdaşlıqlarını və regiondakı son durumu müzakirə edəcək. 

Teqlər