Sen 14, 2018 20:49 Asia/Baku
  • Sionist rejimin müharibə naziri Azərbaycanın baş naziri ilə görüşüb
    Sionist rejimin müharibə naziri Azərbaycanın baş naziri ilə görüşüb

Sionist rejimin müharibə naziri Bakıya səfərinin davamında Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov ilə görüşüb.

Riport xəbər portalının verdiyi məlumata görə, bu görüşdə Azərbaycan Respublikasının baş naziri Libermanın Bakıya səfərinin qarşılıqlı münasibətlərin daha da gücləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. 

Görüşdə sionist rejimin müharibə naziri Aviqdor Liberman da deyib: Azərbaycan Respublikasına səfərlərimdən razıyam və özümü öz doğma yurdumda və evimdə hiss edirəm. 

Bu görüşdə hərbi məsələlərin kənarında münasibətlərin genişləndirilməsi, təcrübə mübadiləsi, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqların gücləndirilməsi barədə də müzakirələr aparılıb.