Okt 02, 2018 18:56 Asia/Baku
  • İran və Azərbaycan R-nın gömrük işlərində asanlaşdırma yolları araşdırılıb
    İran və Azərbaycan R-nın gömrük işlərində asanlaşdırma yolları araşdırılıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük nümayəndələri Azərbaycan Respublikasının Astara gömrüyündə görüşərək, iki ölkə arasındakı gömrük işlərində asanlaşdırma yollarını araşdırıblar.

Bu görüşdə ikitərəfli həmkarlıqların genişləndirilməsi, həmçinin iki tərəf arasında əmtəə mal daşınması, eyni zamanda sərnişin və əmtəə mal gediş-gəlişinin sürətləndirilməsi məsələləri araşdırılıb.

Bu iclasda həmçinin iki tərəf öncəki iclaslardakı başlıca razılaşmaları araşdıraraq, nəqliyyat vasitələrinin rəsmi keçidlərdən asan və təhlükəsiz keçidi metodları, habelə problem yaradan məhdudiyyətlər olmadan gömrük işlərində asanlaşdırma istiqamətindəki layihələrin icrası sahəsində fikir mübadiləsi aparıb.

Bu iclasda İran heyətinə İran İslam Respublikasının Astara gömrüyünün baş idarəsinin rəisi Rəsul Omidi, azəri heyətə isə Azərbaycan Respublikasının cənub gömrüklərinin rəisi Hüseyn Məsumov başçılıq ediblər.