Noy 05, 2018 10:57 Asia/Baku
  • əməliyyat, 2 nəfər öldürüldü
    əməliyyat, 2 nəfər öldürüldü

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Gəncədə keçirilən əməliyyat zamanı iki nəfər öldürülərək, zərərsizləşdirilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Gəncədə keçirilmiş əməliyyat barədə rəsmi bilgi yayıb. Açıqlamaya görə, Dövlət Təhlükəsizlik Xidmətinin "radikal dini ekstremist qrup" adlandırdığı dəstənin üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat, partlayıcı maddələr əldə etmələri, ölkədə terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat əsasında tədbirlər keçirilib. Açıqlamada deyilir:  “Noyabrın 4-ü Gəncə şəhərində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu avtomobil saxlanıb. Həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Xüsusi əməliyyat qrupu cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayevi məhv edib.

Hadisə yerində 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobildə partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri aparılır”.

Xatırladaq ki, bu ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi və bir neçə gün sonra müəmmalı iğtişaş zamanı 2 polisin öldürülməsindən sonra DTX-nın bu hadisələrlə bağlı  həyata keçirdiyi antiterror əməliyyatlarda buna qədər də 5-7 nəfər öldürülmüşdü.