Dek 04, 2018 10:41 Asia/Baku
  • İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda səfərdədir
    İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda səfərdədir

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəvəti ilə Bakıya səfər edib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Azəri Cəhromi bu gün çərşənbə axşamı Bakıda işə başlayacaq 24-cü beynəlxalq rabitə və yüksək texnologiyalar sərgisi  "Bakutel-2018"in açılış mərasimində iştirak edəcək. 

"Kaspiən" konfransında çıxış, Azərbaycan, İran, Türkiyə və Rusiya rabitə nazirlərinin dörd tərəfli iclasında iştirak və "Bakutel-2018"in açılış mərasində iştirak edən bəzi ölkələrin rabitə nazirləri ilə görüş Məhəmməd Cavad Azəri Cəhrominin Bakı səfərində nəzərdə tutduğu proqramlardandır.