Dek 04, 2018 14:27 Asia/Baku
  • "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi işə başladı

Dekabrın 4-də "Baku Ekspo Mərkəzi"ndə "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb.

"Bakutel-2018" sərgisində dünyanın 20 ölkəsindən 230 şirkət və 10 milli pavilyon iştirak edir.

İran İslam Respublikası da bu sərgidə 14 şirkət ilə iştirak edir. Bu şirkətlər telekommunikasiya, innovasiya və rabitə texnologiyaları üzrə ən son məhsullarını nümayiş etdirirlər. 

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Azəri Cəhromi də sərginin açılış mərasimində iştirak edib. O, bu gün günortadan sonra Azərbaycan, İran, Türkiyə və Rusiyanın rabitə nazirlərinin dörd tərəfli iclasında iştirak edəcək.