Fev 08, 2019 11:05 Asia/Baku
  • Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasimi keçirilib

Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasimi keçirilib. Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçirilən bu mərasimdə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi və bir qrup vətəndaş iştirak edib.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam Seyyed Əli Əkbər Ocaqnejad dünən gecə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasimində elmin bəşəriyyətin həyatındakı roluna və Qurani-Kərimin elm öyrənməyə ardıcıl təkidinə toxunub. Qeyd edib ki, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın bütün həyatı, rəftarı və ibadəti gözüaçıqlığa söykənmişdi.

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasim üç gün müddətinə Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçiriləcək.

Teqlər