Fev 11, 2019 13:58 Asia/Baku
  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri İran İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü gününü təbrik edib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İranın xarici işlər nazirinə məktub ünvanlayaraq, İran İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü gününü təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin müraciətində belə deyilir:

İran İslam Respublikasının xarici işlər naziri, cənab Məhəmməd Cavad Zərif

İran İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü günü münasibətilə səmimi qəlbdən sizi təbrik edirəm. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı mehribancasına qonşuluq və dostluq əlaqələri genişlənib. Uğurlu xarici siyasət nəticəsində bu əlaqələr daha da möhkəmlənib və həmkarlıqlar sahəsində böyük nailiyyətlər əldə olunubdur. Bir daha inqilab bayramı münasibətilə səmimi təbriklərimi bildirirəm.