Fev 16, 2019 12:41 Asia/Baku
  • Tale Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasını dayandırdılar
    Tale Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasını dayandırdılar

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə və hərəkatın üzvləri Abbas Hüseyn və Cabbar Cabbarlı cəza çəkdikləri Qobustan qapalı həbsxanasında aclıq aksiyasını dayandırıblar.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, fevralın 15-də Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Qobustan qapalı həbsxanasına baş çəkiblər.

Bu barədə Rövşən Əhmədli məlumat verib: "Qobustan qapalı həbsxanasından verilən işgəncə xəbərləri ictimaiyyətdə, əhali arasında,məhbus ailələrində ciddi narahatlıqlar doğurubdur. Bununla əlaqədar, inanclı məhbusların hüquqlarını müdafiə komitəsi tərəfdarlarının xahişlərini nəzərə alaraq, fevralın 15- dən aclıq aksiyasını dayandırıb.